ÖZ XƏBƏR
DOST Agentliyi Masallıda 9,8 milyonluq mərkəz tikintisi və avadanlıq satınalması üçün tender elan etdi
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” PHŞ Masallı DOST Mərkəzinin tikintisi və avadanlıqlarının satın alınması üzrə tenderə çıxıb.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 9.824.829,66 AZN təşkil edir və müqavilə çərçivəsində Mərkəzin tikintisi və bütün tələb olunan avadanlıqların təminatı nəzərdə tutulur.
Tenderdə qiymət təklifi şərtlər toplusuna uyğun olaraq təqdim edilən EXCEL fayldakı bütün iş həcmi üzrə verilməlidir.
Ayaz