Lerik Mərkəzi Xəstəxanası 41 minlik texniki yenilənmə
Lerik Rayon Mərkəzi Xəstəxanası tibbi və inzibati infrastrukturun texniki yenilənməsi və fasiləsiz istismar təminatı xidmətlərinin satın alınması üzrə tenderə çıxıb.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 41.618,13 AZN təşkil edir və müqavilə çərçivəsində aşağıdakı xidmətlər nəzərdə tutulur:
-
Toshiba Shimadzu detektor paneli – fotodiod-TFT interfeysi və read-out driver elementlərində funksional təmir.
-
TEKSAN TJ 150 generatorları – mexaniki, elektrik və pnevmatik alt sistemlər üzrə kompleks xidmət, vibrasiya və termal analiz, maqnetik açıcı blok və yanacaq təzyiq xəttindəki filtrasion baryerlərin xidməti.
-
İnzibati bina isti su xətti və radiator sistemləri – daxili axın səmərəliliyinin bərpası, havanın homogen paylanması və temperatur balansının normallaşdırılması (26 ədəd 1.5 m, 13 ədəd 1.2 m radiator).
Tender xəstəxananın tibbi avadanlıqlarının və inzibati infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə həyata keçirilir.
Ayaz