SOSIAL
Nazirlik bu İcra Hakimiyyətinin tenderini ləğv edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ağstafa Rayon İcra Hakimiyyətinin tenderini ləğv edib.
"Ölkə.Az"ın məlumatına görə, icra hakimiyyəti tərəfindən Ağstafa rayonunda aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılməsi üçün tikinti materiallarının satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunun nəticəsi Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edib.
Qeyd edək ki, bununla əlaqədar olaraq tender proseduru yenidən keçiriləcək.