Maestro Niyazinin Yunus İmrənin “Gəl gör məni eşq neylədi” şeirini səsləndirdiyi arxiv görüntü viral oldu
Dünya şöhrətli dirijor və bəstəkar, musiqi mədəniyyətimizin nəhəng simalarından biri olan Maestro Niyazinin arxiv videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
32gun.az xəbər verir ki, kadrlarda Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov XIII əsr türk sufi poeziyasının görkəmli nümayəndəsi, zəngin yaradıcılıq irsi ilə tanınan Yunus İmrənin məşhur “Gəl gör məni eşq neylədi” şeirini səsləndirir.
Sənətkarın duyğulu ifası izləyicilər tərəfindən böyük sevgi ilə qarşılanıb və video qısa zamanda viral olub. Sosial şəbəkə istifadəçiləri Maestro Niyazinin həm musiqi, həm də sözə verdiyi dəyərin bu görüntülərdə bir daha hiss olunduğunu qeyd ediblər.
Nilay Özsöz
Paylaşım bölməsində minlərlə bəyənmə və şərh toplayan arxiv videosu, həm musiqisevərlərin, həm də klassik ədəbiyyat pərəstişkarlarının diqqət mərkəzinə çevrilib.