DÜNYA ÖZ XƏBƏR

ABŞ Demokratları Epstein işi üzrə 95 min foto əldə etdiklərini bildiriblər

ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsindəki Demokrat Partiyası üzvləri maliyyəçi Ceffri Epşteyn işi üzrə 95 min fotoşəklin onlara təqdim edildiyini açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə məlumat partiyanın X sosial şəbəkəsindəki hesabında verilib.

“Bu narahatedici görüntülər Epşteyn və onun dünyanın ən nüfuzlu şəxsləri ilə əlaqələri barədə daha çox sual yaradır”, — deyə bəyanatda qeyd olunur.

20 noyabrda ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə Epşteynlə bağlı federal istintaqa aid bütün materialların 30 gün ərzində məxfilikdən çıxarılmasını tələb edən qanunu imzalayıb.

Ceffri Epşteynə 2002–2005-ci illər arasında Nyu-Yorkun Manhetten rayonundakı evinə və şəxsi adasına onlarla yetkinlik yaşına çatmayan qızın səfərlərini təşkil etməkdə ittiham irəli sürülmüşdü. İstintaqın məlumatına görə, dəvət olunanlar arasında ən gənc qız 14 yaşında olub. 2019-cu ilin avqustunda Epşteyn həbs kamerasında yarı huşsuz vəziyyətdə tapılmış, lakin onun həyatını xilas etmək mümkün olmamışdı

Ayaz 

Oxşar Xəbərlər