Sankt-Peterburqda 38 yaşlı miqrant qısqanclıq səbəbilə sevgilisinə qarşı amansız zorakılıq göstərib.
32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə dekabrın 15-də Qələbə küçəsi, 17 ünvanında yerləşən mənzildə baş verib. İlkin məlumata görə, əcnəbi vətəndaş qısqanclıq zəminində həyat yoldaşına hücum edərək onu ağır şəkildə döyüb.
Zərərçəkən qadın ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb. Həkimlər onda çoxsaylı xəsarətlər aşkarlayıblar, hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini dekabrın 16-da hadisənin baş verdiyi binanın yaxınlığında saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi — sağlamlığa qəsdən ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb
Nilay