DÜNYA ÖZ XƏBƏR

Tatarıstanda 11 itin hücumuna məruz qalan qız ölüb

Bir neçə həftə əvvəl itlərin hücumuna məruz qalan doqquz yaşlı qız dünyasını dəyişib.

32gun.az bildirir ki, bu barədə KazanFirst mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın sonlarında baş verib. Hücumdan sonra qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək süni komaya salınıb. Həkimlərin səylərinə baxmayaraq, bu müddət ərzində onun vəziyyəti yaxşılaşmayıb və bu gün azyaşlının vəfat etdiyi açıqlanıb.

İnsident Vasilyevo kəndində qeydə alınıb. Uşaq küçə ilə gedərkən 11 itdən ibarət sürü onun üzərinə hücum edib. Nəticədə qızın üz, baş və bədən nahiyələrində ağır xəsarətlər aşkarlanıb.

Yerli sakinlərin sözlərinə görə, onlar məktəblini küçədə huşsuz vəziyyətdə tapıblar və o, demək olar ki, nəfəs almırmış. Hətta ilkin anda onun öldüyünü zənn ediblər.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb, əməliyyat olunub və daha sonra Kazana göndərilib.

Bildirilib ki, uşaq çoxuşaqlı ailədə böyüyüb və ailənin ən böyük övladı olub. Hadisədən cəmi üç gün əvvəl o, doqquzuncu ad gününü qeyd edib.

Ayaz 

Oxşar Xəbərlər