Ukraynadakı münaqişənin nizamlanmasına Moskva və Kiyev arasında mövcud olan düşmənçilik maneə yaradır.
32gun.az bildirir ki, bu fikri ABŞ prezidenti Donald Tramp səsləndirib.
“Düşünürdüm ki, bu asan olacaq. Amma bu, düşmənçilik və nifrətlə bağlıdır”, – deyə Tramp bildirib.
Bundan əvvəl Politico qəzeti yazıb ki, bu həftəsonu Mayami şəhərində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli mövzusunda Rusiya–ABŞ danışıqları keçirilə bilər. Nəşrin mənbələrinin məlumatına görə, məsləhətləşmələrdə Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni, biznesmen Cared Kuşnerin iştirakı ehtimal olunur.
Dekabrın 16-da Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın yaxın günlərdə Rusiya ilə Ukrayna tərəfi ilə əldə olunmuş razılaşmalarla bağlı danışıqlar aparacağını bildirib. Onun sözlərinə görə, bundan sonra, ehtimal ki, həftəsonu (20–21 dekabr) Ukrayna nümayəndə heyəti Vaşinqtonda Trampın komandası ilə yenidən görüşə bilər.
Dekabrın 13-də isə ABŞ-ın Foreign Policy jurnalı yazıb ki, Qərbin birliyini itirməsi fonunda Rusiya Ukraynadakı hərbi əməliyyatda artıq qalib gəlib. Nəşrin fikrincə, Avropa ilə ABŞ arasında birlik qalmayıb, Rusiyada isə əksinə “tam yekdillik hökm sürür”. Bundan əlavə, Foreign Policy qeyd edir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusundan fərqli olaraq canlı qüvvə və sursat çatışmazlığı ilə üzləşmir.
Ayaz