Qax şəhərinin işıqlandırılması üçün görün hansı şirkət qalib oldu
Qax Rayon İcra Hakimiyyəti başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2025-ci ildə şəhərin prospekt, küçə və parklarının işıqlandırılması məqsədilə mal və materialların, eləcə də bayraqların və posterlərin satın alınması ilə bağlı tender yekunlaşıb.
32gun.az xəbər verir ki, satınalma üzrə qalib kimi “TƏMİR TİKİNTİ-EM” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilib və tərəflər arasında 49.860,61 AZN məbləğində müqavilənin bağlanması nəzərdə tutulur.
Müqavilə çərçivəsində müxtəlif gücə malik közərmə və LED lampaların alınması planlaşdırılır. Siyahıya 300 vatlıq közərmə lampaları, eləcə də 7 vattdan 55 vatta qədər gücə malik, 30 min saat işləmə müddəti olan şar və silindr formalı LED lampalar daxildir. Ümumilikdə minlərlə ədəd işıqlandırma avadanlığının tədarükü nəzərdə tutulur.
Bundan başqa, satınalma paketinə 25A-dan 100A-dək müxtəlif gücdə avtomat açarların, o cümlədən üçfazalı avtomatların alınması da daxildir.
Ayaz