ÖZ XƏBƏR

"Starex" müştərini aldadır? – Bağlama 10 gündür eyni statusda saxlanılır

Vətəndaş Starex daşınma şirkətinin fəaliyyəti ilə bağlı narazılığını ictimailəşdirib.

32gun.az-ın xəbərinə görə, Şikayətçi bildirir ki, bağlama 20.12.2025-ci il tarixindən etibarən sistemdə yerli anbara daxil olduğu göstərilsə də, həmin gündən bu yana eyni izləmə məlumatları təkrar-təkrar yenilənir.
Belə ki, bağlamanın statusu ardıcıl şəkildə “təhvil məntəqəsi tərəfindən qəbul edildi”, “çatdırılma üçün hazırlanır”, daha sonra yenidən eyni ifadələrlə dəyişdirilir. Maraqlıdır ki, bu məlumatlar həm Azərbaycan, həm də ingilis dilində eyni məzmunla təqdim olunur və real hərəkətliliyi əks etdirmir.
Şikayətçi bildirir ki, Starex bağlamanı Çindən cəmi 4 günə Azərbaycana çatdırsa da, ölkə daxilində artıq 10 gündür bağlamanı əldə etmək mümkün deyil. Müştəri dəfələrlə şirkətə müraciət edərək bağlamanın hansı filialda olduğunu bildirmələrini və şəxsən gedib təhvil almağa hazır olduğunu desə də, qarşı tərəfdən yalnız standart cavablar verilir.
“Dünən mənə bağlamanın çatdırılmaya verildiyi deyildi. Bu gün isə izləmə sistemində belə bir məlumatın olmadığını bildirdim. Cavab olaraq ‘kuryer zəng etməyib?’ sualı verildi. Xeyr, zəng olmayıb. Bundan sonra yenidən sistemdə ‘çatdırılma üçün hazırlanır’ statusu göstərildi. Bu artıq açıq şəkildə müştərini aldatmaqdır”, – deyə şikayətçi vurğulayır.
Vətəndaş hesab edir ki, Starex tərəfindən verilən məlumatlar reallığı əks etdirmir və müştəriyə qarşı qeyri-şəffaf münasibət sərgilənir. Mövcud vəziyyətin uzun müddət dəyişməməsi isə narazılığı daha da artırır.

Ayaz 

Oxşar Xəbərlər