DÜNYA ÖZ XƏBƏR

Maduro və həyat yoldaşı Venesuela konsulu ilə görüş tələb ediblər

Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores Nyu-Yorkda keçirilən ilk məhkəmə iclası zamanı konsulluq görüşü hüququndan istifadə etmək istədiklərini bəyan ediblər.

32gun.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın verdiyi xəbərə görə, hakim cütlüyə Venesuela konsulu ilə görüşmək hüququ tanıyıb. Maduro və Flores bu görüşün baş tutmasını istədiklərini bildiriblər.
Dekabrın 5-də Nyu-York federal məhkəməsində Nikolas Maduronun işi üzrə ilk məhkəmə iclası keçirilib. ABŞ-ın baş prokuroru Pəm Bondi Venesuela liderinə və onun həyat yoldaşına qarşı “narkoterrorizm”, silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları irəli sürüb. Hakim Maduronun martın 17-də yenidən məhkəməyə gəlməsini tələb edib. “Gazeta.Ru” proseslə bağlı onlayn yayım aparıb.
Bundan iki gün əvvəl ABŞ Venesuelaya zərbələr endirib. Hücumdan sonra ABŞ prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və Amerika hərbçilərinin Maduronu və onun həyat yoldaşını saxladığını açıqlayıb. Saxlanılan siyasətçi Nyu-Yorka gətirilib və ona qarşı rəsmi ittihamlar irəli sürülüb. Tramp vurğulayıb ki, Maduro artıq prezident deyil və hakimiyyətin “ötürülməsinə qədər” Venesuelanın idarə olunması ABŞ tərəfindən həyata keçiriləcək.
Venesuela liderinin saxlanılmasından sonra ölkə rəhbərliyi müvəqqəti olaraq vitse-prezident Delsi Rodrigesə keçib. O, Maduronun və həyat yoldaşının dərhal ölkəyə qaytarılmasını tələb edib və Venesuelanın “koloniya olmayacağını” bəyan edib. Rusiya isə ABŞ-ın bu addımlarını pisləyib və Maduronun azadlığa buraxılmasına çağırıb.

Ayaz 

Oxşar Xəbərlər