ÖZ XƏBƏR
Sadiq Əliyev yenə o xanımı seçdi - 2.9 milyonuq ofis
“Dövlət Məşğulluq Agentliyi” Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 2.998.599,6 AZN təşkil edir və müqavilənin bağlanması gözlənilir.
Araşdırmalar zamanı məlum olub ki, bu Agentlik ilə fiziki şəxs Gülnarə Sultan qızı İbadova arasında ilk anlaşma deyil və əvvəlki satınalmalar zamanı da tərəflər bir neçə müqavilədə əməkdaşlıq ediblər. Bu isə Agentliklə İbadova arasında davamlı işgüzar münasibətin mövcudluğunu göstərir.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevdir.
Nilay