ÖZ XƏBƏR

Oyun pultunu oğurlamaq üçün mağazada fişəng atıblar

Polşanın Şetsin şəhərində oğrular mağazada oğurluq etmək üçün fişənglərdən istifadə ediblər.

32gun.az xəbər verir ki, Bu barədə şəhər polisi məlumat yayıb.
Hadisə Yeni il ərəfəsində yerli ticarət mərkəzində baş verib. Yaşları 44 və 33 olan iki kişi elektronika və məişət texnikası mağazasına oğurluq məqsədilə daxil olub.
Mağaza əməkdaşlarının və alıcıların diqqətini yayındırmaq üçün onlar soyuducular bölməsində fişənglər işə salıblar. Daha sonra dəyəri 119 zlotı (təxminən 2684 rubl) olan oyun kontrollerini oğurlayaraq avtomobillə hadisə yerindən uzaqlaşıblar. Şübhəlilər ertəsi gün saxlanılıb.
Onlara ağırlaşdırıcı hallarda oğurluq, əmlaka ziyan vurma və insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratma maddələri ilə ittiham irəli sürülüb. Şübhəlilərin ölkəni tərk etməsi qadağan edilib. Onlardan birinin əvvəllər də əmlak cinayətlərinə görə məhkum olunduğu bildirilir. Araşdırma davam etdirilir.

Nilay 
 

 

 

 

 

Oxşar Xəbərlər