DÜNYA ÖZ XƏBƏR

Maduronun oğlu atasının qaçırılması ilə bağlı açıqlama verdi

Maduronun oğlu atasının ABŞ hərbçiləri tərəfindən saxlanılmasından sonra açıqlama verdi
Venesuela prezidenti Nikolas Maduronun oğlu Maduro Gerra atasının ABŞ hərbçiləri tərəfindən saxlanılmasından sonra ictimai bəyanatla çıxış edib.

32gun.az bildirir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.
“Ata, sən ailəmizdə hamımızı güclü insanlara çevirdin. Biz də sən qayıdana qədər öz borcumuzu yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə burada, Venesuelada bir-birimizi qucaqlayacağıq”, — deyə o bildirib.
Məlumata görə, 3 yanvar 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya hücum edərək prezident Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxlayıb. 5 yanvar 2026-cı ildə Venesuela liderinə qarşı narkokartelin yaradılması ilə bağlı ittihamlar üzrə məhkəmə prosesi başlanıb. Lakin işin mahiyyəti üzrə baxılmasının 2027-ci ildən tez olmayacağı qeyd olunur.
Venesuelada prezident səlahiyyətlərinin icrası vitse-prezident Delsi Rodrigesə tapşırılıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rodrigesi “düzgün qərarlar qəbul etməyəcəyi təqdirdə çox ağır bədəl ödəyəcəyi” ilə hədələyib. Delsi Rodriges isə öz növbəsində Trampı sülhə və dialoqa çağırıb.

Ayaz 

Oxşar Xəbərlər