ÖZ XƏBƏR

Dərbənddə Türkiyəli influenserlə azərbaycanlıların maraqlı söhbətləri

Dərbənddə səfərdə olan Türkiyəli influenserlərdən biri şəhərdə yaşayan azərbaycanlılarla görüşüb, onlarla səmimi söhbətlər aparıb.

32gun.az bildirir ki, İnfluenserin yerli əhali ilə ünsiyyəti sosial şəbəkələrdə böyük maraq doğurub.
O, əsasən Dərbənddə yalnız azərbaycanlıların yaşadığı, “İçəri şəhər” adlanan ərazidə olub. Görüş zamanı həm qadınlar, həm də kişilər Türkiyədən gələn qonağın suallarını Azərbaycan dilində cavablandırıblar. Bu isə izləyicilər üçün olduqca maraqlı və rəngarəng görüntülərin yaranmasına səbəb olub.
Yerli əhalinin Türkiyəli influenserə isti və səmimi münasibəti videoda açıq şəkildə hiss olunur.
Həmin maraqlı görüntüləri təqdim edirik.

Ayaz 

Oxşar Xəbərlər