ÖZ XƏBƏR

Nazirlik bu şirkətlə anlaşdı

 Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən keçirilən xidmət satınalmasının qalibi “Kibrit.Tech” MMC olub.

32gun.az xəbər verir ki,  28.980 azn dəyərində bağlanmış müqavilə çərçivəsində şirkət “Orangeline” əlaqə mərkəzinin idarəetmə sisteminə texniki dəstək xidmətini həyata keçirəcək.

 Satınalma sənədlərinə əsasən, məsləhət və dəstək xidməti proqram təminatının fasiləsiz işləməsinin təmin edilməsi, yaranan insidentlərin aradan qaldırılması və istifadəçi sorğularına operativ cavab verilməsi kimi istiqamətləri əhatə edir.

Nilay

Oxşar Xəbərlər