ÖZ XƏBƏR

Azərbaycan Standartlaşdırma İnstitutunda satınalma ləğv edilib

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən laborator avadanlıq və ləvazimatların satın alınması məqsədilə elan edilmiş satınalma proseduru ləğv olunub.

32gun.az xəbər verir ki, ləğvin səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, eləcə də tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır. Qərar “Dövlət satınalmaları haqqında” AR Qanununun 36.1.1-ci maddəsinə əsasən qəbul edilib.

Satınalma üzrə ehtimal olunan qiymət 2.803,34 AZN təşkil edib.

Qeyd edək ki, müsabiqə çərçivəsində 3 ədəd soyuducu avadanlığın alınması nəzərdə tutulurdu. Texniki tələblərə əsasən, avadanlığın ümumi həcmi ən azı 140 litr, temperatur rejimi +2…+15°C, temperatur dəqiqliyi ±2°C, avtomatik ərimə sisteminə malik olması, enerji sərfiyyatının isə sutkada maksimum 0,73 kVt olması tələb edilirdi. Soyuducuların 1 illik zəmanətlə təmin olunması da şərtlər sırasında yer alıb.

Məlumatda satınalmanın yenidən elan olunub-olunmayacağı ilə bağlı hələlik açıqlama verilməyib.

Ayaz

Oxşar Xəbərlər