DÜNYA

ABŞ Rusiyanın bu banklarına sanskiyalar TƏTBİQ ETDİ

ABŞ-ın sanksiyaları səbəbindən Sber və Alfa Bank-ın tətbiqləri "App Store" və "Google Play"dən itə bilər.

32gun.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rəqəmsal Maliyyə üzrə Milli Texnologiya Təşəbbüsünün eksperti Viktor Dostov bildirib.

Onun sözlərinə görə, "Apple" sahibləri veb-brauzerlər vasitəsilə mobil bankçılıqdan istifadə edə biləcəklər. Android cihazlarının sahibləri qadağa olduğu halda proqramları birbaşa bankların internet saytından yükləyə biləcəklər.

Qeyd edək ki, Alfa-Bank mobil tətbiqinin "App Store" və "Google Play"dən silinsə belə işləyəcəyini açıqlayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər