İnsanların ziyarət etdikləri türbədə qazıntı aparıldı - Ortaya çıxan mənzərə hər kəsi ŞOKA SALDI (FOTO)
Türkiyənin Kütahya bölgəsində antik Aizanoi şəhərində vətəndaşların illərdir "Yaren Dede" deyə ziyarət edib dua etdikləri yerin boş olduğu aşkarlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kütahya Dumlupınar Universiteti tərəfindən aparılan qazıntılar zamanı antik şəhərin ən əhəmiyyətli sahələrindən biri olan "Aqora"nın giriş qapısı və mərmər döşəməsi tapılıb.
Qazıntıdan əvvəl yerli əhali bu sütunu “Yaren Dədə” adlandırırıb. O, övladı olmayan insanların nəzir etmək üçün gəldiyi bir ibadət obyekti hesab olunub. Amma qazıntılardan sonra məlum olub ki, elə bir şey yoxdur. Sitayiş edilən isə "Aqora"nın künc sütunudur.
Arxeoloqların bildirdiyinə görə. qazıntıda cəsəd, skelet və qəbir əlaməti aşkar edilməyib.
Bölgə sakinləri qazıntının aparıldığı yerə baş çəkməyə gəlib və gördükləri mənzərə qarşısında təəccübləniblər.
Nurlan Şiraliyev