SOSIAL

 Ümummilli lider nazirləri belə danlayıb: "Qızıl saatlarınızı göstərin" (VİDEO)

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin keçirdiyi müşavirələrin birində lentə alınmış görüntüsü yenidən sosial şəbəkədə paylaşılıb. 

32gun.az xəbər verir ki, sözügedən video 2000-ci illərdə qeydə alındığı bildirilir. 

Müşavirədə ümummilli nazirlərin hesabatını dinləyib, tənqid edib.  

Görüntüdə maraqlı anlardan biri də ulu öndərin nazirlərin qızıl saat taxmasından danışması olub. 

Həmin görüntünü təqdim edirik: 

Qeyd edək ki, həmin dövrdə Kəmaləddin Heydərov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb.  2006-ci ildə cənab prezident İlham Əliyevin əmri ilə K.Heydərov   Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib. 

***

Xatırladaq ki, ötən il oktyabrın 20-də Prezident İlham Əliyev və I xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfəri zamanı ölkə başçısının qolundakı saat diqqət çəkmişdi. Mətbuatda gedən məlumata görə, Prezidentin istifadə etdiyi saat "Toy Watch" brendinə aid "Velvety Black Guilloche Black Silicone" modelidir. Bu saatın hazırda qiyməti cəmi 78.98 ABŞ dollarıdır. 

 

 

Oxşar Xəbərlər