Son dəqiqə! Operativ qərargah təcili iki məlumat yaydı - Bu gün...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 135 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 403, bu günə qədər isə ümumilikdə 6 792 132 test icra olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son sutkada 4 363 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci doza vaksinlərin sayı 478, ikinci doza vaksinlərin sayı 230 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 3 346-dır. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 309 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 623 719, birinci doza peyvəndlərin ümumi sayı 5 337 184, ikinci doza vaksinlərin sayı 4 838 229 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 210 006, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 238 300 olub.