SOSIAL
DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb
Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb.
32gun.az DTX-nın saytına istinadən xəbər verir ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürülüb.