SOSIAL
Hava şəraiti ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
32gun.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, aprelin 26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.