DÜNYA
16 gündə 17 dəfə yanan evin sirri ortaya çıxdı - Hərkəs şokda!
Türkiyənin Kastamonu şəhərində Dadaylı ailəsinin yaşadığı evin bir həftə ərzində 6 dəfə yanması hər kəsi təəccübləndirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, evin ümumilikdə 16 gündə 17 dəfə ard-arda yanması ailəni qorxuya salıb.
Kiçik miqyaslı yanğınlara öz imkanlarıyla müdaxilə edən ailə evdəki bütün əşyaları küçəyə çıxarmalı olub.
Hadisə ilə bağlı Prokurorluğu tərəfindən istintaq başladılıb.
Aparılan araşdırmalar nəticəsində yanğınların ailə üzvlərindən biri tərəfindən törədildiyi müəyyən edilib.
Hadisəylə bağlı araşdırma davam edir.
Nurlan Şiraliyev