Dünyanın ən zəngin 10 boksçusu - SİYAHI
Aprelin sonunda Tayson Fyuri Dillian Uaytı nokaut edib və WBC titulunu qoruyub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, həmçinin 27,9 milyon funt-sterlinq qazanıb.
Bu döyüşdən sonra məşhur idman saytı “Planet Sport” boksçulardan hansının peşəkar rinqdə daha çox qazandığını hesablayıb.
Maraqlıdır ki, ilk onluğu ukraynalı Vladimir Kliçko qapayıb. Keçmiş dünya çempionu 58 milyon funt-sterlinq sərvət qazanıb. Onun son rəqibi Entoni Coşua iki milyon daha çox qazanıb.
Dünyanın ən zəngin 10 boksçusu bunlardlr:
• Floyd Meyvezer - 400 milyon
• Corc Forman - 222 milyon dollar
• Menni Pakyao - 163 milyon dollar
• Oskar De La Hoyya - 148 milyon
• Saul Alvares - 105 milyon
• Lennoks Lyuis - 103 milyon
• Tayson Fyuri - 100 milyon
• Şuqar Rey Leonard - 88 milyon dollar
• Entoni Coşua - 60 milyon
• Vladimir Kliçko - 58 milyon