Sedat Pekeri təhdid edən "Xanımağa" ləqəbli mafiya başçısı tutuldu - FOTO
Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində "Xanımağa" ləqəbi ilə tanınan mafiya lideri Güniz Akkuş və onun adamı Mustafa Kamal Yavuz saxlanılıb.
Yerli mediada yer alan xəbərə görə, polisin keçirdiyi əməliyyatlar "qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, xəsarət yetirmə, əmlaka zərər vurma və talama" faktları ilə əlaqədar olub.
Güniz Akkuş və Mustafa Kamal Yavuz məhkəmə zalındaca həbs olunaraq, cəzaçəkmə məntəqəsinə göndərilib.
Xatırladaq ki, Güniz Akkuş 2 il əvvəl video çəkərək Sedat Pekeri açıq şəkildə təhdid etmişdi: "Mənə bax Sedat Peker! Sənə on gün vaxt verirəm. On gün sonra gecə anidən səni ziyarətə gələcəm. Ziyarətə gələndə isə bu şüşəni, əmzik və uşaq bezlərini gətirəcəyəm ki, darıxmayasan. Bir gecə qəflətən əmziklə gələ bilərəm" demişdi.