SOSIAL

Nazir müavini tenderləri qaynının şirkətinə verirmiş...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Dövlət Sosial Müdafiə Fondu" "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçün ISO 37001:2016 (Rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri) beynəlxalq standartının tələblərinin tətbiqi ilə bağlı məsləhət xidmətlərinin satın alması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.Qlobal.az xəbər verir ki, satınalmanın məbləği 30 min manat, qalibi isə "Ekvita Gonsulting" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.İctimai fəal Bəxtiyar Hacıyevin feysbuk sosial şəbəkəsində paylaşdığı məlumata görə "Ekvita Gonsulting" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirin müavini, "Dövlət Sosial Müdafiə Fondu"nu kurasiya edən Anar Kərimovun qaynına məxsusdur.Anar Kərimovun eyni zamanda qaynı ilə həmtəsisçi olduğu deyilir."Ekvita Gonsulting" MMC-nin qanuni təmsilçisi İlqar Mehti Rəşid oğludur.

On min manat nizamnamə kapitalı olan "Ekvita Gonsulting" MMC-nin hüquqi ünvanı "TİME" Biznes Mərkəzinin 8-ci mərtəbəsidir.

Qeyd edək ki, "Ekvita Gonsulting" MMC "Dövlət Sosial Müdafiə Fondu"nun sifarişçi olduğu tenderlərdə qalib elan edilən təşkilatlardandır. Şirkət bundan əvvəl dövlət qurumunun "Dövlət Sosial Müdafiə Fondunun (qurumları) Aparatı və struktur bölmələri üçün 2020-ci il üzrə illik maliyyə göstəriciləri əsasında hazırlanmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartların tələblərinə uyğunlaşdırılması və adiyyatı işlər üzrə məsləhət xidmətlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu 52.500 manat məbləği olan tenderdə qalib elan edilmişdi.Xatırladaq ki, hüquq elmləri namizədi olan A.Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2019-cu ildən isə nazir müavini vəzifəsində çalışır.

Xəbərə nazirlik münasibət bildirməyib. (Qlobal.az)

Loading...

Oxşar Xəbərlər