SİYASƏT
Soçidə üçtərəfli görüş başa çatdı (VİDEO) - YENİLƏNİB
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü başa çatıb.
32gun.az xəbər verir ki, görüş 3 saat davam edib.
xxx
***17:30
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
32gun.az xəbər verir ki, danışıqlar V.Putinin təşəbbüsü ilə keçirilir.
Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.
Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilir.