DÜNYA

Ailə FACİƏSİ! Həyat yoldaşı və 3 qızını öldürdü - Digər övladlarını... (VİDEO)

Türkiyədə ailə faciəsi baş verib.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Həsən Karaaslan adlı şəxs silahla həyat yoldaşı və 3 qızını öldürüb.

Məlum olub ki, Karaaslan ailə üzvlərini öldürdükdən sonra, qonşu evin bağçasında yatan digər iki uşağını öldürmək üçün oraya gedib. Qonşuların güllə səsi üzərinə bağçaya gəldiyini görən Karaaslan daha sonra bu hərəkətindən vaz keçib.

Belə ki, adı çəkilən şəxs bundan sonra əlindəki silahla polisə gedərək həyat yoldaşını və uşaqlarını öldürdüyünü bildirib.

Hadisə yerinə gələn polis 4 nəfərin cansız bədəni ilə qarşılaşıb. Başlarına dəyən güllələr nəticəsində həyatını itirdiyi müəyyən edilən ana və üç qızının cəsədləri xəstəxanaya göndərilib.

Qeyd edək ki, 8 uşağı olan Həsən Karaaslanın 2 oğlunun fındıq yığmaq üçün Qara dənizə getdiyi, övladlarından birinin isə İstanbulda universitet tələbəsi olduğu öyrənilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər