Ərdoğan yunanları susdurdu - Geri addım atdılar (VİDEO)
Xəbər verdiyimiz kimi, Yunan qüvvələrinin Egeydə Türkiyə təyyarələrini sıxışdırmasından sonra prezident Ərdoğan "Tarixə yaxşı baxın, İzmiri unutmayın. Bir gecə anidən gələ bilərik" sözləri ilə cavab vermişdi.
Yunanıstan Xarici İşlər Nazirliyi isə Ərdoğana cavab olaraq təhdidlərə boyun əyməyəcəklərini, Türkiyənin sözlərinə əməl etməyəcəklərini qeyd etmişdi.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Bosniya və Herseqovina səfəri üçün hava limanına gedən prezident Ərdoğan mətbuat konfransı keçirib. Jurnalistlərdən birinin Yunanıstanın təcavüzü ilə bağlı sualını Ərdoğan belə cavablayıb:
"Milli Müdafiə Nazirliyimiz NATO baş katibi və digər nümayəndələrlə görüşlərini davam etdirir. Bu kilidləmə ilə bağlı həssaslığımız qətiyyətlə davam edir. Yunanıstan da bunun fərqindədir və onlar özlərini səliqə-səhmana salırlar. Məsələ ilə bağlı açıqlamalarım, yəqin ki, Yunanıstanın növbəti dövrdə Türkiyə ilə necə münasibət quracağına qərar verəcək. Əks halda, bir gecə anidən girə bilərik!".
Nurlan Şiraliyev