EKONOMİKS

Vilayət Eyvazov "Ağ Canavar"la bağlı əmr imzaladı - Yeni vəzifə verildi

Əməkdar idman ustası, əməkdar məşqçi, dəfələrlə dünya və Avropa çempionu kikboksçu Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

32gun.az xəbər xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Bu barədə idmançının özü sosial şəbəkədəki hesabında məlumat verib:

"Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.
Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm ! "

Xatırladaq ki,  Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı olan E.Məmmədov  "Dinamo" İdman Cəmiyyətinin baş inspektoru idi. 

E.Məmmədov idman camiəsində "Ağ canavar" ləqəbi ilə tanınır. 

Loading...

Oxşar Xəbərlər