DÜNYA

Türkiyə Yunanıstan və ABŞ-a NOTA VERDİ

Yunanıstanın ABŞ-ın verdiyi hərbi texnikanı Lesbos və Sisam adalarına göndərməsinin ardınca Türkiyə hər iki ölkəyə etiraz notası verib.

32gun.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə ABŞ-a verdiyi etiraz notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.

Qeyd edək ki, adalara hərbi texnikanın yerləşdirilməsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus PUA-lar tərəfindən görüntülənib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər