İDMAN

Ronaldo karyerasını bu ölkədə davam etdirə bilər

Kriştiano Ronaldo karyerasını MLS-də davam etdirə bilər.

32gun.az jurnalist Pedro Almeydanın yaydığı məlumata istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun “İnter Mayami”yə keçməsi gözlənilir. Klubun sahibi Devid Bekhem 2023-cü ilin qış transfer pəncərəsində Amerika komandasına keçə biləcəyi ehtimalı barədə Ronaldo ilə artıq danışıqlar aparıb.

Qeyd edək ki, 2021-ci ildən “Mançester Yunayted”də çıxış edən portuqaliyalı ulduzun "qırmızı şeytanlar"la müqaviləsi cari mövsümün sonu başa çatır. //Offsideplus.az

Oxşar Xəbərlər