DÜNYA
17 yaşlı məktəbli qız müəlliminin evində öldü tapıldı (VİDEO)
Dostları ilə alman dili müəlliminin evinə gedən 17 yaşlı qız ölü tapılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Antalyada yaşanıb.
Belə ki, olay yerinə gələn polis qrupları yeniyetmə qızın ölümündə narkotikdən istifadəni önə çıxararaq, müəllim və digər gəncləri polis bölməsinə aparıb.
Evdə aparılan araşdırma zamanı həyatını itirən gəncin üst hissəsinin çılpaq, geyindiyi paltarın isə yaş olduğunu müəyyən edilib.
Müəllim verdiyi ilk ifadəsində, gecə saatlarında tələbəsi və dostlarının içki içmək üçün yanına gəldiyini, saat 03.00-da yalnız kofe içib yatdığını, həmçinin səhər saat 07.00 radələrində işə getməyə hazırlaşarkən 17 yaşlı qızın otaqda hərəkətsiz vəziyyətdə uzandığını söyləyib.
Nurlan Şiraliyev