İDMAN
Dünya futbolu yas içində - 32 yaşlı futbolçu öldü (FOTO)
32 yaşlı futbolçu Masato Kudo beyin əməliyyatından sonra dünyasını dəyişib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 11-də əməliyyat olunan Kudo əməliyyatdan sonra vəziyyəti pisləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu Yaponiyanın Teqevajaro Miyazaki komandasında çıxış edib.
Nurlan Şiraliyev