İDMAN

Messini hədələyən boksçuya Tayson CAVAB VERDİ

Argentina ilə Meksika arasındakı matçdan sonra Lusail stadionunun soyunub-geyinmə otağında qalmaqal yaşanıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçular və baş məşqçi Lionel Skaloninin mahnı oxuyaraq əyləndiyi görüntülərdə Messinin rəqib komandanın formasına təpik atdığı anlar əks olunub.

Tyson'dan Messi'yi tehdit eden boksöre olay yanıt

Meksikalı futbol azarkeşləri argentinalı ulduzun bu hərəkətinə sərt reaksiya veriblər. Sosial şəbəkədə çoxsayda təhdidlərə məruz qalan Messiyə qarşı ən ciddi təhdid Meksikanın dünya çempionu, boksçu Kanelo Alvarezdən gəlib.

Tyson'dan Messi'yi tehdit eden boksöre olay yanıt

Alvarez, "Messinin bizim formamız və bayrağımızla yeri təmizlədiyini gördünüzmü? Allah onu qarşıma çıxarmasın. Mən Argentinaya hörmət etdiyim kimi sən də Meksikaya hörmət etməlisən" - deyə, reaksiya verib.

Bu kimi təhdidlərdən sonra Messini müdafiə edən adlardan biri əfsanəvi boksçu Mayk Tayson oldu.

Tyson'dan Messi'yi tehdit eden boksöre olay yanıt

Tayson verdiyi açıqlamada, "Kanelo adlı biri Messini təhdid edib. Əgər o, Messiyə toxunmağa cəsarət etsə, illər sonra rinqə çıxmalı olacam" - deyə, bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər