HADİSƏ ÖZ XƏBƏR

Dəhşətli QƏZA! Sürücü xilas edilsə də, sevinə bilmədi... (VİDEO)

Antalyada dəhşətli avtomobil qəzası baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücü hərəkət zamanı idarəetməni itirərək, yol kənarındakı körpü dəmirinə çırpılıb. Çırpılmanın təsirindən avtomobil yoldan çıxaraq dərəyə doğru sürüşüb. Hadisə yerinə tibbi yardım və xilasedicilər cəlb edilib.

Avtomobilin qapıları kəsildikdən sonra içərisindəki şəxslər çıxarılıb. Sükan arxasında sıxışmış vəziyyətdə qalan sürücü xilas edilsə də, onunla birlikdə avtomobildə olan atası dünyasını dəyişib. Ağır vəziyyətdə yaralanan sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər