SİYASƏT ÖZ XƏBƏR

Paşinyan hakimiyyəti siyasi istiqamətini Avropa tərəfindən götürüb - ŞƏRH

Avropa İttifaqı Ermənistan-Azərbaycan “sərhədinə” iki illik mandatla 100 müşahidəçidən ibarət yeni missiya göndərməyi planlaşdırır.  

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli 32gun.az-a danışarkən Avropa İttifaqının bu addımını dəyərləndirib:

"Avropa İttifaqının missiyası ondan ibarətdir ki, bölgədə ruslar var. Ermənistanın indiki hakimiyyət "stavka"nı Avropa İttifaqından yana qoyur.

Onlar da Ermənistana təxminən 2-3 milyard avro civarında maliyyə yardımı edib.

Bunun da müqabilində Paşinyan hakimiyyəti siyasi istiqamətini Avropa tərəfindən götürüb və məcburdur ki, öz hakimiyyətini möhkəmləndirsin. Bunun üçün də Qərb Rusiya ilə mübarizəsində arxasında güclü mərkəz yaratmaq istəyir.

Çalışdıqları da odur ki, 100 nəfərlik missiyanı bölgəyə göndərmək istəyirlər. Ən azından 2 illik ona nail olmaq istəyirlər ki, adi müşahidəçi qismində gələn şəxslərin təhlükəsizliyini təmin etmək məsələsi meydana çıxsın.

Dərhal onun üzərindən bölgədə qərb hərbçiləri məskən salsın. O siyasətin məqsədi budur.

Nilufər

Oxşar Xəbərlər