HADİSƏ ÖZ XƏBƏR

Gecə saatlarında intihar: Kimliyi bilinməyən şəxs özünü dənizə atdı

"15 İyul Şəhidlər Körpüsü"ndə intihar hadisəsi baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecə saat 02.00 radələrində kimliyi məlum olmayan şəxs özünü dənizə atıb.

Bildirək ki, hadisə şahidləri polisə məlumat versə də, intihara cəhd edən şəxslə polis arasındakı danışıqlar heç bir nəticə verməyib. Daha sonra o, dənizə atlayıb.

Polisin uzun axtarışlarından sonra həmin şəxsin meyiti tapılıb. Meyit ətraflı müayinə olunmaq üçün Məhkəmə Tibb İnstitutuna göndərilib.

Nurlan

Oxşar Xəbərlər