DÜNYA ÖZ XƏBƏR

Ankaradan təxirə salınan NATO görüşü ilə bağlı daha bir açıqlama

"İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesində geriləmə müşahidə olunur, buna görə Stokholm günahkardır".

32gun.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"Biz üçtərəfli mexanizmin bu nöqtəyə gəlməsini istəməzdik. Danışıqlar masasında irəliləyiş yox, reqressiya var. İsveç özü-özünü bu vəziyyətə gətirib, verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Bu kontekstdə üçtərəfli görüşün keçirilməsinin mənası yoxdur" - deyə, qeyd edib.

Qeyd edək ki, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzv olmaq üzrə danışıqlar qeyri-müəyyən müddətə təxirə salınıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər