
Bakının Nərimanov rayonundakı gözəllik salonlarından birində qəribə hadisə yaşanıb.
32gun.az-ın məlumatına görə, hərbi qulluqçu olduğunu iddia edən qadın gözəllik salonuna girərək, insanları təhqir edib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, o, işçilərə xəsarət yetirib. Salonu dağıdaraq, nalayiq ifadələr işlədib.
Görüntülərdə qadının kimliyi ilə bağlı məlumat verilib. Bildirilir ki, həmin şəxs Ağamolayeva Əfsanə Hacıbala qızıdır.
Nilay