İDMAN ÖZ XƏBƏR

Tanınmış baş məşqçiyə AĞIR İTKİ

Türkiyəli baş məşqçi Ümit Özata ağır itki üz verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş məşqçinin atası Ali Özat müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ümit Özat atasının ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Təəssüf ki, atamızı itirdik. Acımız təzədir. Bu vaxt ərzində bizə dəstək olan bütün dostlara təşəkkür edirik".

Qeyd edək ki, Ümit Özat Türkiyə millisinin və "Fənərbağça"nın sabiq futbolçusudur.

Nurlan

Oxşar Xəbərlər