SOSIAL ÖZ XƏBƏR

Etibar Pirverdiyevin şirkəti 6 min manat cərimələnə bilər!

“Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus “Azenco” ASC məhkəməyə verilib. 
32GUN.az-ın məlumatına görə, şirkətin məhkəməyə verilməsinə səbəbmMüvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsi olub. 
İşə 548.1 maddəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki,  548.1 maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Nilufər

Oxşar Xəbərlər