DÜNYA ÖZ XƏBƏR

Prokuror HƏBS EDİLDİ

Türkiyədə prokuror həbs edilib.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, buna səbəb prokurorun şikayətlərə pul əsasında baxması olub. Belə ki, vətəndaşlardan biri məhkəmə işinə baxması üçün prokurora müraciət etsə də, prokuror bunun muqabilində pul tələb edib. Bunun ardınca onun barəsində polisə şikayət ünvanlanıb.

Polisin araşdırmasından sonra prokuror F.A. nəzarətə götürülüb. Gebze 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən respublika prokuroru barəsində həbs qətimkan tədbiri seçilib.

Nurlan

Oxşar Xəbərlər