
Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Əvəzov Cavanşir Məhərləm oğlu məhkəməlik olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, dövlət qurumları və 6 bələdiyyə adıçəkilən şəxs barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.
Məhkəmədə zərərçəkmiş qismində Əmlak Məsələləri DX, Xaçmaz Rayonu Xudat Bələdiyyəsi, Qusar Rayonunun Həzrə, Quxuroba, Şirvanlı, Kuzunqışlaq və Samur Bələdiyyələri iştirak edəcək.
Rəis Əvəzov Cavanşir Məhərləm Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cu maddəsi ilə (Mülkiyyət Əleyhinə Olan Cinayətlər) ittiham olunur.
Məhkəmə işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsin hakim Fəhmin Hümbətovun icraatına verilib.
Nilay