SOSIAL ÖZ XƏBƏR

Ordubad rayon İcra Hakimiyyəti məhkəməyə verildi

Naxçıvan MR Ordubad Rayon İcra Hakimiyyəti məhkəməyə verilib. 

32gun.az-ın məlumatına görə, icra hakimiyyəti barədə məhkməyə müraciət edən iddiaçı Əliyev Nəriman Hüseyn oğludur.

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində baş tutan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərdən ibarətdir. 

Qeyd edək ki, Ordubad rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədovdur. 

Nilay

Oxşar Xəbərlər