
İstanbul Fatih Sultan Universitetinin seneqallı tələbəsi, Türkiyəni velosipedlə gəzməsi ilə məşhurlaşan, sosial şəbəkədə "Musti Kusti" kimi tanınan Mustafa Ndiayenin paylaşımı hər kəsi duyğulandırıb.
32gun.az bildirir ki, daim Türkiyəyə olan sevgisini dilə gətirən afrikalı Musti Kusti əlindən gələn yardımı edə biləcəyini bildirib.
O yardım etməklə bağlı çağırışı ilə hər kəsin rəğbətini bir daha qazanıb.
Belə ki, sosial media fenomeni bir neçə dildə danışa bildiyi üçün xaricdən gələn yardım etmək istəyən şəxslərə tərcüməçi ola biləciyini bildirib. Hətta o zəlzələ qurbanları üçün gələn yardımların pakeyləmə işində, yüklərin daşınmasında da kömək edəcyini qeyd edib.
Hazırda o yardım üçün ölkəsindən Türiyəyə gəlib.
Ayxan