
25 yaşlı futbolçu Taner Kahraman həyatını itirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gənc müdafiəçi Kahramanmaraşda baş verən zəlzələ zaman dağıntılar altında qalıb. O, yaralı halda xilas edilsə də, bir müddət sonra dünyasını dəyişib.
Bildirək ki, Taner Kahraman yanvarın 15-də “Kahramanmaraş İstiklalspor”la müqavilə bağlamışdı.
Nurlan