DÜNYA ÖZ XƏBƏR

Bu ölkə Türkiyədəki zəlzələlərlə bağlı milli matəm elan ETDİ

Kosovo prezidenti Vjosa Osmani Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar ölkədə bir günlük milli matəm elan edildiyini açıqlayıb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Osmani sosial şəbəkə hesabından verdiyi açıqlamada, "Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, fevralın 8-ni Kosovo Respublikasında milli matəm günü elan etdim” - deyə, bildirib.

Qeyd edək ki, ötən gün Osmaninin göstərişi ilə Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) 30 nəfərlik qüvvəsi Adem Yaşari hava limanından Türkiyəyə doğru hərəkət edib.

Nurlan

Oxşar Xəbərlər