
Qəhrəmanmaraşda baş verən zəlzələ nəticəsində Malatya, Hatay və Adıyamandakı otellərin dağıldığı bildirilib.
32gun.az Türkiyə KiV-nə istinadən bildirir ki, ümumilikdə 4 hotel yerlə yeksan olub.
Adıyamanda şimali Kiprdən Türkiyəyə gedən orta məktəb voleybol komandasının şagirdlərinin də yerləşdiyi şəhərin ən böyük oteli olan “İsias” otelinin də dağıdılıb.
Malatyadakı 135 otaqlı Avşar oteli zəlzələ zamanı dağılıb.
Hatay Reyhanlıda yerləşən Alice Hotel zəlzələ nəticəsində dağılıb. Binada axtarış-xilasetmə işləri davam edir.
Zəlzələdə Hatay-Antakyadakı “Güney” və Kahramanmaraşdakı “Kazancı” otellərinin də dağıldığı bildirilib.
Ayxan